Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » "Qarabağ"ın qrupda ilk sınağı
"Qarabağ"ın qrupda ilk sınağı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

Reportyor.tv xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç “Molde”si ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Görüşü şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın “Bayer 04” komandası İsveç “Hakken”ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi, I tur
21 sentyabr

20:45 “Qarabağ” – “Molde” (Norveç)
Baş hakimCon Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Şərhlər