İngiltərə Premyer Liqasının 22-ci turunun "Vulverhempton" - "Mançester Yunayted" matçı "mankuniyanlılar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Publika.az xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində Bruno Fernandes məhsuldar ötürmə edib. Bununla onun Premyer Liqada asistlərinin sayı 37-yə çatıb.
Bu göstəriciyə görə o, sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə məhsuldar ötürmə sayını bərabərləşdirib.
Portuqaliyalı yarımmüdafiəçi Premyer Liqada məhsuldar ötürmə edən həmyerlilərindən yalnız Nanidən geri qalır - 43.