Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » "Barselona" məşqləri BƏRPA EDİR
"Barselona" məşqləri BƏRPA EDİR

İspaniyanın "Barselona" futbol klubu bu gündən etibarən fərdi formatda məşqlərinə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Məcburi fasilədən əvvəl klublar planlaşdırılan 38 oyundan 27-ni keçiriblər. Liderlər siyahısına 58 xal toplayan "Barselona" başçılıq edir. İkinci yerdə "Real" (56 xal), üçüncü yerdə isə "Sevilya" (47) qərarlaşıb.
Məşq yerli vaxtla 09:30-da başlayacaq. Oyunçular bazaya artıq məşqələ geyimində gələcəklər, iki qrupa bölünəcək, hər biri ayrı sahədə məşq keçəcək. Tədbir ara məsafəni qorumaq üçün düşünülüb. Bitirərkən isə paltar dəyişmə otaqlarına və təlim mərkəzinin digər obyektlərinə baş çəkmədən dərhal evə gedəcəklər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti