Şahmatçımız erməni rəqibini məğlub etdi
Tarix: 20-05-2024, 08:37
Baxılıb: 346
Google+ Paylaş
Tumblr Paylaş

Şahmatçımız erməni rəqibini məğlub etdi

20-05-2024, 08:37


BƏƏ-də "Şarjah Masters" şahmat turnirində altıncı turun görüşləri keçirilib.
Azərbaycan şahmatçıları günü uğurla başa vurublar.

Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki beş partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarını məğlub edib.

Bu nəticələrdən sonra Süleymanlı dörd xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən bir xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə 30-cu yeri tutur. Eltac üç xallla 38-cidir.

Qeyd edək ki, "Şarjah Masters"də 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, VI tur

Aydın Suleymanlı - Haik Martirosyan (Ermənistan) - 1:0

Sarin Nihal (Hindistan) - Məhəmməd Muradlı - 0,5:0,5

Teymur Rəcəbov - Arseniy Nesterov (FİDE) - 1:0

Bibisara Assaubayeva (Qazaxıstan) - Eltac Səfərli - 0,5:0,5


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ