Aygün Kazımova Azərbaycan kubokunun finalında
Tarix: 22-05-2024, 12:20
Baxılıb: 196
Google+ Paylaş
Tumblr Paylaş

Aygün Kazımova Azərbaycan kubokunun finalında

22-05-2024, 12:20


İyunun 2-də "Qarabağ" və "Zirə" arasında “Dalğa Arena”da keçiriləcək Azərbaycan kubokunun final oyunundan əvvəl konsert proqramı olacaq.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Konsert proqramında Azərbaycan Respublikasının xalq artisti Aygün Kazımova çıxış edəcək. Konsert proqramı 19:00-da başlayacaq. Final görüşü isə saat 20:00-da start götürəcək.

Matç üçün biletlər mayın 25-dən etibarən “Dalğa Arena”nın və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri 5, 10, 15 və 50 AZN təşkil edəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ