Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » “Ludoqorets”in müdafiəçisi Azərbaycan millisinə qarşı oynaya bilər
“Ludoqorets”in müdafiəçisi Azərbaycan millisinə qarşı oynaya bilər

İngiltərənin “Nyukasl” klubunun müdafiəçisi Emil Kraft yüngül zədə səbəbindən UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan İsveç yığmasının qarşıdakı oyunlarını buraxacaq.
İdman.biz xəbər verir ki, onu Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmış Bolqarıstanın "Ludoqorets" klubunun 24 yaşlı müdafiəçisi Edvin Kurtuluş əvəzləyib.
İsveç millisi bu gün Stokholmda məşq toplanışına başlayır.
Qeyd edək ki, skandinaviyalılar sentyabrın 5-də Bakıda Azərbaycan millisi ilə görüşəcək.

Şərhlər