Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Rodri bu mövsüm meydanlara qayıda bilər? - Özü açıqladı
Rodri bu mövsüm meydanlara qayıda bilər? - Özü açıqladı

"Mançester Siti"nin və İspaniya millisinin zədəli yarımmüdafiəçisi Rodri meydana qayıtmasından danışıb.
Publika.az xəbər verir ki, ağır zədə alan futbolçu bu mövsüm yenidən çıxış etmək ehtimalını şərh edib.
“Mənə elə gəlir ki, bu mövsüm geri qayıda bilərəm. Bu mümkündür və bunu edə bilərəm. Hazırda sağalıram, təzyiq yoxdur. Ən yaxşı şəkildə sağalmaq vacibdir.
Mövsüm uzundur, klublar arasında dünya çempionatı da var... Mən bunu bacararam”.
Qeyd edək ki, Rodri sentyabrın 22-də Premyer Liqanın 5-ci turunun "Arsenal"la oyununda (2:2) zədələnib. 28 yaşlı yarımmüdafiəçinin sağ dizinin ön çarpaz bağları qopub. Həkimlər onun mövsümü başa vurduğunu açıqlamışdılar.

Şərhlər