Bu zarafat ona baha başa gəldi - Cəzalandırılacaq
Tarix: 14-11-2024, 00:37
Baxılıb: 142
Google+ Paylaş
Tumblr Paylaş

Bu zarafat ona baha başa gəldi - Cəzalandırılacaq

14-11-2024, 00:37

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur komanda yoldaşı Son Hın-Minə qarşı uğursuz zarafatya görə uzun müddət diskvalifikasiya olunmaq riski ilə üzləşib.
Publika.az xəbər verir ki, keçən mövsümün sonunda uruqvaylı futbolçu müsahibəsində “bütün cənubi koreyalıların eyni göründüyünü” söyləyib. Bentankur daha sonra sosial media vasitəsilə Sondan üzr istəyib. Buna baxmayaraq, indi onu uzun müddət diskvalifikasiya gözləyir.
“Daily Mail”in məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (FA) uruqvaylı futbolçunu 7 oyunluq diskvalifikasiya edəcək. Bentankur qeyri-münasib davranışa, milli və ya irqə əsaslanan təhqiredici və ya alçaldıcı dil istifadəsinə görə cəzalandırılacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ