Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » “Barselona”dan yubiley zəfəri
“Barselona”dan yubiley zəfəri

İspaniya Superkubokunun finalında “Real”ı 5:2 hesabı ilə məğlub edən “Barselona”nın tarixində əhəmiyyətli hadisə yaşanıb.
Publika.az xəbər verir ki, “Barsa” üçün bu, Kataloniya turnirləri istisna olmaqla, klub tarixində 100-cü kubokdur. “Barselona” 27 dəfə İspaniya La Liqasına, 31 dəfə Kral Kubokuna, 15 dəfə İspaniya Superkubokuna, 3 dəfə Eva Duarte Kubokuna, 2 dəfə İspaniya Liqa Kubokuna sahib çıxıb.
Komandanın muzeyində 5 Çempionlar Liqası, 4 Qalibləri Kuboku, 5 Avropa Superkuboku, 3 Ədalət Kuboku, 3 Klublararası Dünya Kuboku və 2 Latın Kuboku da var.
“Barselona”nın Kataloniyada keçirilən regional turnirlərdə də 33 qələbəsi var.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti