Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » "Qarabağ" "Turan Tovuz"a qalib gəldi
"Qarabağ" "Turan Tovuz"a qalib gəldi

"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunun açılış oyununda "Turan Tovuz"a qalib gəlib.
reportyor.tv xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.
Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84) Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.
"Köhlən atlar" 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XXVIII turun digər oyunlarında "Neftçi" "Araz-Naxçıvan"ı, "Sumqayıt" "Sabah"ı, "Kəpəz" "Səbail"i, "Zirə" isə "Şamaxı"nı qonaq edəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti