Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Dani Alveş Rusiya klubu ilə anlaşdı
Dani Alveş Rusiya klubu ilə anlaşdı

"Barselona"nın və Braziliya millisinin əfsanəvi futbolçusu Dani Alves Rusiya Media Liqasında adı açıqlanmayan klubla müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash on Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Latın Amerikası ulduzu ilə ödəniş məsələsi hələ də həllini gözləyir. Alves müqavilənin bütün məbləğini bir anda almaq istəyir və klub onu iki bərabər hissəyə bölmək istəyir.
Braziliyalı əfsanə ruslardan şəxsi sürücüsü olan avtomobil və bahalı otel otağı da istəyib.
42 yaşlı Dani Alves 2023-cü ildə futboldan ayrılıb. İdmançı 2024-2025-ci illərdə cinsi təcavüz ittihamı ilə 13 ay həbsdə yatıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti