Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » İtaliya millisi əfsanəyə tapşırıla bilər: Buffonla anlaşdı, qaldı prezident
İtaliya millisi əfsanəyə tapşırıla bilər: Buffonla anlaşdı, qaldı prezident

“Milan”ın sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo İtaliya Futbol Federasiyasının rəhbəri ilə milli komandaya təyinatı məsələsini müzakirə edəcək.
Reportyor.tv xəbər verir ki, Luçano Spallettinin gedişindən sonra Klaudio Ranyeri və ya Stefano Pioli millini çalışdırmaqdan imtina etdikdən sonra Qattuzo əsas namizədə çevrilib.
"Sky Sport Italiya"nın məlumatına görə, Qattuzo hazırda milli komandanın nümayəndə heyətinin rəhbəri olan Canluici Buffonla görüş keçirib. Görüş müsbət atmosferdə keçib.
İndi isə 47 yaşlı mütəxəssisi İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina ilə birbaşa danışıqlar gözləyir.
İtaliya millisinin sabiq futbolçusunun son iş yeri Xorvatiyanın “Hayduk” klubu olub. O, iyunun əvvəlində bu komandadan ayrılıb.
Publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti