İranda ilişib qalan tanınmış futbolçudan xəbər var: Bu şəhərə sığınıb
Tarix: Dünən, 09:36
Baxılıb: 88
Google+ Paylaş
Tumblr Paylaş

İranda ilişib qalan tanınmış futbolçudan xəbər var: Bu şəhərə sığınıb

Dünən, 09:36

"İnter"in hücumçusu Mehdi Taremi Tehrandan çıxmağı bacarıb.
Reportyor.tv xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirildiyi kimi, futbolçu İsrailin hücumları səbəbilə hava məkanının bağlanması nəticəsində İrandan çıxa bilməmiş və ABŞ-da keçirilən klublararası dünya çempionatında iştirak edən İtaliya komandasına qoşula bilməmişdi.
Mənbənin məlumatına görə, Taremi 1000 kilometrdən çox məsafəni avtomobillə qət edərək doğma şəhərinə - Buşehrə gedib.
Futbolçu klub meneceri ilə əlaqə saxlayıb, baş məşqçi Kristian Çivu ilə şəxsən danışıb və komanda söhbət qrupunda hər şeyin qaydasında olduğunu, partlayışlardan uzaqda olduğunu bildirib.
Qeyd olunur ki, iranlı hücumçu müstəqil şəkildə məşqlərini davam etdirir və özünü formada saxlayır. Lakin yaxın zamanda ölkəni tərk edib "İnter"ə qoşulmaq ehtimalı olduqca aşağı qiymətləndirilir.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ