Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Levandovski Yamal haqda görün nələr dedi
Levandovski Yamal haqda görün nələr dedi

“Barselona”nın hücumçusu Robert Levandovski gənc komanda yoldaşı Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Reportyor.tv  xəbər verir ki, polyak futbolçu bu barədə İspaniya mətbuatına danışıb.

“Lamin gəncdir, indi onun 18 yaşı var, amma böyüklər kimidir. Bəli, o, çox yaxşıdır, amma həm də yaxşı oğlandır və meydandan kənarda da çox yaxşı münasibətimiz var. Əminəm ki, bu mövsüm Lamin keçən ilkindən daha yaxşı oynaya biləcək.

Çünki bir yaş da böyüyüb, həm də ona görə ki, vaxt və iş onun tərəfindədir və bu, normaldır”,- Levandovski deyib.

Yamal ötən mövsüm 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Levandovskinin özü 52 oyun keçirib, 42 qol vurub və 3 məhsuldar ötürmə edib. Onlar birlikdə “Barselona”ya La Liqa, İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanmağa kömək ediblər.

Publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti