Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib

Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Turan Tovuz"u məğlub edib.

"Report" xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

"Turan Tovuz"dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. "Qarabağ"ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz" isə 15 xalla ikincidir.

Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı" - "Kəpəz" matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti