Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » "Qalatasaray" qələbə qazandı
"Qalatasaray" qələbə qazandı

“Qalatasaray”dan dramatik qələbə – Osimhen son saniyələrdə həlledici qolu vurdu

Reportyor.tv xəbər verir ki, Türkiyə Super Liqasının XV turunun açılış oyununda “Qalatasaray” doğma meydanda “Samsunspor”u qəbul edib. “Sarı-qırmızılar” ilk hissədə tam üstünlük nümayiş etdirərək fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar.

Lakin matçın ikinci hissəsində qonaqlar gözlənilməz dönüş ediblər. “Samsunspor” 88-ci dəqiqədə hesabı 2:2-yə gətirərək matçı dramatik məcraya salıb.

Qarşılaşmada həlledici epizod isə oyuna əlavə olunmuş dəqiqələrdə yaşanıb. Viktor Osimhen möhtəşəm akrobatik zərbə ilə topu qapıdan keçirərək “Qalatasaray”a 3:2 hesablı əzmkar qələbə qazandırıb.

Bu nəticə komandanın çempionluq yarışında mövqeyini daha da möhkəmləndirib.

Musavat.com

Şərhlər