Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Dünya çempionu yeni vəzifəsindən danışdı: “Hədəfimiz…”
Dünya çempionu yeni vəzifəsindən danışdı: “Hədəfimiz…”

Yunan-Roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayevə vəzifə verilib. Musavat.com xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub. 35 yaşlı idmançı yanvarın 26-dan vəzifəsi ilə əlaqədar fəaliyyətə başlayıb.

Reportyor.tv idmançı ilə əlaqə saxlayıb və yeni təyinatı ilə bağlı təəssüratlarını öyrənib.

- Rəsul bəy, siz təbrik edirik. Fəaliyyət sahəniz genişlənir...

- Üç-dörd ay idi ki, güləşin ölkəmizdə inkişafı ilə bağlı potensialımdan necə yararlanmaq olar deyə danışılar aparılırdı. Beləliklə, bu vəzifəyə təklif gəldi və mən də bunu sevinərək, qəbul etdim. Atacağım bütün addımlar güləş idman növünün inkişafı naminə olacaq. Artıq fəaliyyətə başlamışıq. Güləş idman zallarının artırılmasına və yaxşı məşqçilərin yetişdirilməsi üçün çalışacağıq. Bu işlə bağlı ilk səfərimiz Balakənə oldu. Orada güləş zallarının inşası ilə bağlı işlər gedir. Bu layihə bütün ölkə üzrə davam edəcək.

- Belə çıxır ki, daha çox Azərbaycanın bölgələri ilə işləyəcəksiniz…

- Bizim əsas işimiz həm də Bakının ətrafı ilə olacaq. Hədəfimiz uşaq və yeniyetmə güləşini inkişaf etdirməkdir. İdman məktəbləri ilə əməkdaşlıq edəcəyik. Güləş bizim milli idman növümüzdür. Bu sahədə ən çox medala sahib ölkəyik. Bölgələrdə güləşə çox böyük maraq var. İstəyirik ki, bu, maraq olaraq qalmasın. Zalların sayı çox olsun ki, uşaq və yeniyetmələr məşğul ola bilsinlər. Regionlarda azyaşlılar arasında liqalar olacaq. Azərbaycan çempionatında yer tutan potensiallı uşaqlar, yeniyetmələr milli yığma komandaya cəlb olunacaq.

- Bu təyinata qədər həm də Azərbaycan Milli Olimpiya Komitəsində fəaliyyət göstərirdiniz. Orada əsasən vəzifəniz nədir?

- Mən MOK-da Atletlər Komissiyasının üzvüyəm və orada həm beynəlxalq, həm də daxili layihələr həyata keçiririk. Oradan bir çox təcrübə qazandım. İndi isə Güləş Federasiyasından əməkdaşlıq təklifi gəldi. Öz idman növümdür, canla və başla çalışacağam ki, faydalı olum.

- Bir çox idmançı karyerasını bitirdiyi üçün aktiv idmanla məşğul olmur. Sizdə vəziyyət necədir, formada qalmaq üçün nə edirsiniz?

- Yürüyüşlər edirəm, tennislə məşğul oluram, velosiped sürürəm. Eyni zamanda, öz fitnes zallarım var, orada idman edirəm. Güləş Federasiyasında işə başladığım üçün uşaqlarla məşqlər də edəcəyəm və master-klass göstərəcəyəm.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti