Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Azərbaycanlı idmançı: “Qırğızıstan bayrağı altında çıxış etməyəcəyəm”
Azərbaycanlı idmançı: “Qırğızıstan bayrağı altında çıxış etməyəcəyəm”

 
Dünyaca məşhur və hazırda UFC-nin yüksəlməkdə olan ən parlaq döyüşçülərindən biri sayılan azərbaycanlı Rafael Fiziev dini təzyiqlərə görə Qırğızıstanı tərk etməyə məcbur olub.
Musavat.com xəbər verir ki, idmançı şiə məzhəbli müsəlman olduğu və bu il İraqda keçirilən Ərbəin ziyarətində iştirak etdiyi zaman şəxsi instaqram səhifəsində paylaşdığı video və fotolar səbəbindən Qırğızıstan müftiliyi tərəfindən təzyiqlərə və onların təhriki ilə qırğızıstanlıların hücumlarına məruz qalıb: “Mən və ailəm bütün Qırğızıstandan minlərlə kinli mesajlar alırıq. Hətta həyat yoldaşıma da yazırlar. Mənə yaza bilərsinizsə, həyat yoldaşıma niyə yazırsınız? Mən heç vaxt təbliğatla məşğul olmamışam. Hər kəsin öz fikri var. Hər kəs qanun çərçivəsində istədiyini etməkdə sərbəstdir. Ailəm müftilər tərəfindən təzyiqlərə məruz qalır. Bu gündən məni Qırğızıstanla heç nə bağlamır. Yaxın zamanda bu ölkəni tərk etməyi düşünürük. Bundan sonra Qırğızıstan bayrağı altında çıxış etməyəcəyəm. Heç kimə heç nə borclu deyiləm. Buna səbəb olanları alqışlayıram. Özünüzü kişi hesab edə bilərsiniz”.

 

Nigar Həsənli

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti