Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » "Qarabağ" onun transferini rəsmən açıqladı - FOTO
"Qarabağ" onun transferini rəsmən açıqladı - FOTO

"Qarabağ" yeni mövsüm üçün ilk transferini rəsmən açıqlayıb.
reportyor.tv xəbər verir ki, Ağdam təmsilçisi Hamidu Keyta ilə müqavilə imzaladığını elan edib. Fransalı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı il iyunun 30-dəkdir. 28 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Keyta son ilyarımı "Zirə"də keçirib. 54 oyunda "qartallar"ın formasnını geyinən futbolçu 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
O, "Zirə"yə qədər Portuqaliyanın "Santa Klara", Rumıniyanın "Botoşani", "Vitorul", "Kalarasi", Fransanın "Şambli" klublarında top qovub.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti