Transfer rəsmiləşməyib, amma artıq qazanırlar - MESSİNİN GÜCÜ
Tarix: 8-06-2023, 16:05
Baxılıb: 266
Google+ Paylaş
Tumblr Paylaş

Transfer rəsmiləşməyib, amma artıq qazanırlar - MESSİNİN GÜCÜ

8-06-2023, 16:05

Lionel Messinin "İnter Mayami"yə keçməsi klubun sosial şəbəkə hesablarına da öz təsirini göstərib.

reportyor.org xəbər verir ki, açıqlamadan sonra bir milyondan çox insan "İnter Mayami"nin sosial şəbəkəsinə abunə olub. Argentinalı hücumçunun transferi elan edilənə qədər əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu klubun "Instagram" hesabında bir milyona yaxın abunəçi var idi. Transfer elan edildikdən sonra bir neçə saat ərzində təxminən 1,3 milyon insan profili izləməyə başlayıb. Hazırda isə ümumi abunəçi sayı 4,6 milyonu ötüb.

Daha əvvəl bildirilmişdi ki, Messinin PSJ-dən ayrılması elan edildikdən sonra 1,7 milyondan çox insan parislilərin "Instagram" səhifəsini izləmədən çıxarıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ