"Fənərbağça" Türkiyə kubokunun 7 qat qalibi oldu
Tarix: 12-06-2023, 01:34
Baxılıb: 312
Google+ Paylaş
Tumblr Paylaş

"Fənərbağça" Türkiyə kubokunun 7 qat qalibi oldu

12-06-2023, 01:34

"Fənərbağça" Türkiyə Kubokunun finalında "İstanbul Başakşehir"ə qalib gəlib.
reportyor.org xəbər verir ki, İzmirdə keçirilən oyun "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.
Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb. Komanda Kuboku son dəfə 10 il əvvəl - 2012/13 mövsümündə qazanmışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ