Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Azarkeşlərə bəd xəbər: Bu çempionat Azərbaycanda yayımlanmaya bilər
Azarkeşlərə bəd xəbər: Bu çempionat Azərbaycanda yayımlanmaya bilər

Dünyanın ən baxımlı çempionatı hesab edilən İngiltərə Premyer Liqası yeni mövsümdən ölkəmizdə yayımlanmaya bilər.
reportyor.tv-un məlumatına görə, sözügedən yarışın ölkəmizdəki nümayişçisi İctimai Televiziya ilə regional yayımçı arasında bağlanan müqavilənin müddəti mayda başa çatıb. İTV qarşı tərəfə yeni sözləşmə təklif etməyib. Buna səbəb Premyer Liqanın kanalın yeni mövsümlə bağlı planlarında yer almamasıdır.
Ölkəmizdəki digər televiziyalar da sözügedən çempionatı nümayiş etdirmək üçün hər hansı addım atmayıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası 2004-cü ildən Azərbaycanda yayımlanmağa başlayıb. Əvvəlcə "Lider TV", daha sonra "İdman TV" bu hüquqa yiyələnib. İTV isə son 2 mövsümdə İPL-in oyunlarını yayımlayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti