Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İqtisadiyyat » Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb
Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb

Məhərrəm ayının başlamasına az qalmış toyların sayı artıb.
Satıcıların sözlərinə görə, mövcud vəziyyət qızıl bazarında qiymətlərə də təsir edib.
Son bir neçə gündə qızılın əyyarından asılı olmayaraq, hər qramında 5 manat civarında artım var.
Satıcılar qiymətlərin bir az da artacağını ehtimal edirlər.
Restoran inzibatçılarının sözlərinə görə, bu ay həftəiçi də toy sifarişləri var.
İnzibatçılar bildirirlər ki, əvvəllər edilən toylarda adam sayı az olsa da, Məhərrəm ayına qədər olan toylarda qonaq sayı daha çoxdur.
O da qeyd edilib ki, hətta indidən Məhərrəm ayından sonraya da restoran bron edənlər var.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti