Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Mədəniyyət » Məşhur aktyor intihara cəhd etdi
Məşhur aktyor intihara cəhd etdi

Ukraynalı aktyor, “Kiyev gündüzü və gecəsi”, “Mənim sevgilim Straşko” serialının və “Kraşanka” filminin ulduzu Artur Loqay intihara cəhd etdiyini etiraf edib.
Aktyor 12 yaşından qumar aludəçisi olduğunu deyib.
“Bir vaxtlar bütün pulumu kazinolara xərclədim, böyük borclara girdim. 18 yaşımda psixoloji vəziyyətim uçurumun kənarında idi. Asılılığın öhdəsindən gələ bilmədim, anamın qarşısında özümü günahkar hiss etdim. Buna görə özümü öldürmək istədim”, deyə o bildirib.
18 yaşında, valideynləri evdə olmayanda Loqay biləklərini kəsmək istəsə də, xoşbəxtlikdən valideynləri evə tez qayıdıb.
"Yoruldum. Qumar asılılığım hələ də davam edir. Lakin indi işim çoxdur, ailəm var və qumara vaxtım qalmır”,- deyə o əlavə edib.//Lent.az

 

Şərhlər