Sarayda tapança, avtomat, qumbara və partladıcı aşkar edilibVİDEO
Tarix: 22-01-2025, 11:57
Baxılıb: 122
Google+ Paylaş
Tumblr Paylaş

Sarayda tapança, avtomat, qumbara və partladıcı aşkar edilibVİDEO

22-01-2025, 11:57

Abşeron rayonu, Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilib.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd UDZ partladıcısı ilə RQN əl qumbarası və 90 ədəd 5,45 mm-lik mərmi olduğu müəyyən edilib.
Aşkar edilmiş silah-sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ