Onlar da sertifikasiyaya cəlb olunacaq - Nazir açıqladı
Tarix: 29-03-2025, 09:35
Baxılıb: 441
Google+ Paylaş
Tumblr Paylaş

Onlar da sertifikasiyaya cəlb olunacaq - Nazir açıqladı

29-03-2025, 09:35

"Bağçada bir iş olsaydı, flankəs də işləyərdi" - uzun illər məktəbəqədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb".
Publika.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir.
Emin Əmrullayev bildirib ki, şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır.
O ki qaldı paytaxdakı məktəbli avtobusu layihəsinə, Emin Əmrullayevin sözlərinə görə, burada məntiq tamamilə fərqlidir və layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ