Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Bakıda körpü uçdu, bu yol bağlandı - FOTO
Bakıda körpü uçdu, bu yol bağlandı - FOTO

Qaradağ rayonunun Umbakı qəsəbəsində yerləşən avtomobil körpüsü uçması nəticəsində yol bağlanıb.
Yolun bərpası istiqamətində müvəqqəti işlər görülsə də, sakinlərin narahatlığına son qoyulmayıb.
Bu körpü qəsəbə ilə paytaxt Bakını əlaqələndirən yeganə yolun üzərində yerləşir.
Güclü yağış səbəbindən körpü uçaraq yararsız hala düşüb, lakin qəsəbə sakinləri iddia edir ki, körpü təkcə yağışlar səbəbindən uçmayıb.
2015-ci ildə əsaslı təmir olunan körpü maksimum 8 ton yük daşıma qabiliyyətinə malikdir.
Sakinlərin sözlərinə görə, yük maşınları heç nəyə məhəl qoymur və dəfələrlə böyük yük daşıyırlar.
Hazırda uçan körpünün yanında müvəqqəti yol salınıb. Dövlət qurumundan bildirilib ki, sözügedən ərazidə yeni körpünün inşası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti