“Kontakt” Şəmkirin ən böyük elektronika və mebel mağazasını açıb - Elektromobil qazanma imkanı
Tarix: 13-07-2023, 12:24
Baxılıb: 251
Google+ Paylaş
Tumblr Paylaş

“Kontakt” Şəmkirin ən böyük elektronika və mebel mağazasını açıb - Elektromobil qazanma imkanı

13-07-2023, 12:24

“Kontakt” mağazalar şəbəkəsi sevinc dairəsini daha da genişləndirərək Şəmkirə gəlib çatıb. Şəmkir sakinləri rayonun ən böyük elektronika və mebel mağazasını böyük coşqu ilə qarşılayıblar.
Reportyor.tv xəbər verir ki, ötən həftə baş tutan açılışda canlı musiqi, şou-proqram, əyləncə, hədiyyəli oyunlar balacadan-böyüyə hamının marağına səbəb olub. Həmin gün Şəmkirlilər həm də əsl italyan qəhvəsinin dadına baxıb, gecə boyunca mağaza imkanlarından yararlanıblar.
Şəbəkə bölgə sakinlərinin ürəyinə endirimli qiymətləri ilə də yol tapa bilib. Onlar evlərinə lazım olan 30 000 çeşiddə məhsulları 50%-dək endirimlə alıb, hələ üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölüblər.
Hissəli alış zamanı isə “Kontakt” müştərilərinə istənilən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da keçərlidir. İyulun 17-dək bütün Şəmkir və ətraf rayon sakinləri çox sərfəli fürsətləri dəyərləndirə bilərlər. Məsələn:

  • 64 GB yaddaşlı, 6.53" geniş ekranlıBLACKVIEW A55 Pro smartfonununağd alışda 280 deyil, 199 manata;
  • 81 sm ekranlı, smartHoffmann televizorunu400 deyil, 219 manata;
  • 2200 Vt-lıq, divan fırçası olanDaewoo tozsoranını140 deyil, 69 manata;
  • Həcmi 205 lt olanHoffmann soyuducusunukreditlə ayda 30 manata;
  • Massive künc divanınıisə ayda sadəcə 25 manata ala bilərsiniz. Üstəlik “Şeş-qoşa” kampaniyasında iştirak edərək aldığınız məhsulun dəyərini 100%-dək geri ala, hətta “Volkswagen ID.4” elektromobilini pulsuz aparmaq imkanınız var.
Qeyd edək ki, bəhs edilən mağaza 1800 kvadrat metr sahəyə malik olub, 3 mərtəbədə alıcılarına rəqəmsal, məişət, mebel, ev tekstili, qab-qacaq və digər elektronika əşyalarının ən zəngin çeşidini təqdim edir.
Odur ki, açılış fürsətlərini və “Volkswagen ID.4” elektromobilini əldən verməmək üçün Şəmkir rayonu, Nizami Gəncəvi küçəsi 131 ünvanında yerləşən “Kontakt” mağazasına mütləq gəlin! Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ