Balakəndə vəzifəli şəxslər cərimələnib
Tarix: 21-07-2023, 16:34
Baxılıb: 189
Google+ Paylaş
Tumblr Paylaş

Balakəndə vəzifəli şəxslər cərimələnib

21-07-2023, 16:34

Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reportyor.tv  verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayonun Qaysa, Yeni Şərif və Şambul kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Həmçinin,çirkləndirilmiş ərazilərin tullantılardan təmizlənməsi təmin edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ