Aqil Nəzərli yaxın qohumunu Baxışovlar ailəsinə minnətçi salıb-səs yazısı
Tarix: 14-05-2020, 19:11
Baxılıb: 3 854
Google+ Paylaş
Tumblr Paylaş

Aqil Nəzərli yaxın qohumunu Baxışovlar ailəsinə minnətçi salıb-səs yazısı

14-05-2020, 19:11

Reportyor.tv-nin redaksiyasına Laçın rayonundan sensassion səs yazısı daxil olub.
Laçın rayon icra başçısı Aqil Nəzərlini qaynatası Vaqif Cabbarovu intiharına səbəb olan Baxəşovlar ailəsinə minnətçi salıb.
Öncəliklə onu qeyd edək ki, M. Baxışov intihar etməmişdən bir qədər əvvəl məktubunda icra başçısını sosial şəbəkələrdə tənqid etdiyinə görə icra başçısı və adamları tərəfindən təhdid olunduğunu yazıb. 
Baxışovlar ailəsi müqabilin intihar etməsinin günahını icra başçısında - Aqil Nəzərlifə görürlər. Ona görə də onlar icra başçısının cəzalandırılmasını ölkə başçısınadan və aidiyyəti orqanlardana tələb edirlər.
Lakin Aqil Nəzərli ittihamları qəbul etmir və Müqabil Baxışovun intiharı ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Bu günləri isə Reportyor.Tv-yə göndərilən səs yazısında Aqil Nəzərlinin qaynatasını Vaqif Cabbarovu Baxışovlar ailəsinə minnətçi saldığı açıq şəkildə ehtiva olunur. 
Həmin səs yazısında Aqil Nəzərlinin qaynatası Müqabil Baxışovun qardaşına zəng edərək barışıq əldə etmələrini və şikayətlərin dayandırılmasını israrla bildirir. Hətta Vaqif Cabbarov Baxışovlar ailəsinə nəyi, necə istəsəniz, nə desəniz onuda edəcəklərini vurğulayır. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ