Allerqoloqdan yoluxucu xəstəliklərin riski səbəbiylə xəbərdarlıq
Tarix: 3-07-2020, 16:07
Baxılıb: 793
Google+ Paylaş
Tumblr Paylaş

Allerqoloqdan yoluxucu xəstəliklərin riski səbəbiylə xəbərdarlıq

3-07-2020, 16:07

“Ağcaqanad sancdığı yeri qaşımaq yoluxucu xəstəliklərə yol aça bilər. Ağcaqanad seliyi infeksiya mənbəyi deyil, ancaq qaşısanız, dəri zədələnə və patogenlər yaraya girə bilər”.
Publika.az xəbər verir ki, bu barədə Moskva Dermatovenerologiya və Kosmetologiya Elmi-Praktik Mərkəzinin mütəxəssisi Qalina Tereşenko məlumat verib.
Həkimin sözlərinə görə, streptokoklar, stafilokoklar kimi bakteriyalar püstüler dəri xəstəliklərinə yol açır. Bu xəstəliklər ciddi ağırlaşmalara səbəb ola bilər. Güclü qaşınma dəridə iz buraxa bilər.
“Əgər yaraya infeksiya düşübsə, ağrıyırsa və istilik varsa, heç bir halda özünüzü sağaltmağa çalışmayın, həkimlərə müraciət edin”.
Sarımsaq, qurudulmuş çobanyastığı və ya nanə ilə ağcaqanadların sinir sistemini məhv etmək olar, efir yağları da böcəklərdən etibarlı qorunma təmin edə bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ