Seyfəddin Əsəd: "Həmin dərmanlardan xəstəliyin 3-cü mərhələsində (xəstə ağır vəziyyətdə olanda) istifadə edirlər"
Dünyada koronavirus infeksiyası (COVİD-19) sürətlə yayılmaqda davam edir. Bu virusa ən çox yoluxma halı ABŞ, İtaliya, Çin, İspaniya və Almaniyada qeydə alınıb. Hələ ki, virusa qarşı vaksinin tapılması rəsmi şəkildə elan edilməyib. Lakin bir sıra ölkələr müxtəlif metodlarla bu virusa yoluxan xəstələri sağaltdıqlarını iddia edirlər. Qeyd edilən metodlar isə heç də mürəkkəb deyil.Məsələn, məlumatlara görə, İsraildə bu virusa yoluxma halının qarşısını sadəcə, olaraq limon və bukarbonat (soda) ilə alırlar. Resept isə çox sadədir:
Bu qarışığı hər gün yeməkdən sonra qarışdırıb içmək lazımdır. İddia edilir ki, istifadə edilən isti çay sodası ilə limonun hərəkəti dərhal virusu öldürür və bədəndən tamamilə çıxarır. Bu iki komponent immunitet sistemini alkalize edir. Belə ki, gecələr immun sistemi turşulu olur və müdafiə azaldılır.
Bildirilir ki, buna görə İsrail xalqı bu virusa qarşı sakit davranır. İsraildə hər kəs virusu öldürdüyü iddiası olduğundan gecə bir stəkan limon və bir az çay sodası ilə isti su içir.
Nyu-Yorklu həkim Vladimir Zelenkonun müalicə metodu isə Amerikada geniş rezonans doğurub. O, müalicə etdiyi 500-dən çox pasientin hamısını sağalda bilib. Yoluxanların heç biri xəstəxanaya yerləşdirilməyib, ölüm hadisəsi də qeydə alınmayıb. Başqa sözlə desək, həkim 100 faizilik uğura imza atıb.
O da maraqlıdır ki, Vladimir Zelenkonun müalicə üsulu çox ucuz başa gəlir. Belə ki, həkim koronavirusa qarşı sinkli hidroksixloroxin (Hydroxychloroquine with Zinc, Гидроксихлорохин) istifadə edir. Bu isə 12 dollarlıq xərc aprır.
Onu da qeyd edək ki, hazırda koronavirus məhz Nyu-Yorkda sürətlə yayılır. 40 min nəfərə yaxın adamda bu virus aşkar edilib. Nyu-York koronavirus baxımından Amerikanın episentri hesab olunur.

Musavat.com-a danışan həkim Seyfəddin Əsəd hesab edir ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Koronavirusun müalicəsi dünyada mövcud deyil. Tramp da bundan öncə bir dərmanın adını çəkdi. Lakin bu da boş və əsassızdır. Ondan öncə bunu birinci Çində demişdilər. Sadəcə olaraq Tramp da adını dəyişərək, növbəti açıqlamanı verdi. Çin demişdi ki, 2014-cü ildə Yaponiyada malyariya əleyhinə olan dərman koronavirusa kömək edir. Onlar bunu tətbiq etdilər və köməyini də gördülər. Sadəcə olaraq "kömək edir" ifadəsi başqa şeydir. Həmin dərmanın oxşarını Fransa və Amerika buraxdı. Bunların hamısı koronavirus deyil, malyariya əleyhinədir. Bu dərmanlar koronavirusa da kömək edir. Lakin həmin dərmanlardan artıq xəstəliyin 3-cü mərhələsində (xəstə ağır vəziyyətdə olanda) istifadə edirlər. Yəni əlacsız qalıb, bu dərmana üz tuturlar. Çünki dərman qara ciyərə ciddi zərər vurur, onu sıradan çıxara bilir və eyni zamanda xərçəng xəstəliyi yaradır. Sovet dövründə də oxşar tərkibli dərmandan istifadə edirdilər və bizə deyirdilər ki, bu dərmanlar ürək ritmini poza bildiyi üçün, bundan az istifadə edin. Koronavirusun sağalma yolu güclü immunitetdir. Kimisi zəncəfil, kimisi limon, kimisi də soda deyir. Çindən gələn məlumat budur ki, dünyada arıçı ailəsində hələ ki, koronavirusa yoluxma faktı qeydə alınmayıb. Hər zaman deyirəm ki, dünyada immuniteti ən yüksək səviyyədə qaldıran arı zəhəri və arının məhsullarıdır. Çiçək tozu, arı südü, bal, propolis istifadə etmək olar. Bunların başında da arının zəhəri gəlir. Yəni arı sancması".
Həkim bildirib ki, bundan əlavə insanlar itburnu bitkisinə də yer verməlidirlər: "Vitami C ən çox itburnudadır. Eyni zamanda sumaq, darçın, zəncəfil də immuniteti qaldırır. Bütün bu yayılan xəbərlərdəki maddələr də immuniteti qaldırmağa kömək edir. Sadəcə olaraq onlar bu cür məlumatlar yaymaqla, milyardlar qazanırlar. Tutalım Tramp bir dərmanın adını çəkir, o, Bakıda yoxa çıxır. Hələ ki, koronavirusun birbaşa dərmanı yoxdur. Ancaq spekulyasiya edirlər. Nəyin adı çəkilirsə, insanlar onu alırlar, qiymət də bahalaşır. Zəncəfil demişik, bahalaşıb. İtburnu demişik, bu da yoxa çıxıb. İnsanlar bilsinlər ki, bütün bunlar immuniteti qaldırmaq üçündür. Lakin koronavirusun birbaşa dərmanı isə mövcud deyil".