Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Kovid xərçəngə səbəb olurmu?
Kovid xərçəngə səbəb olurmu?

Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin koronavirusun xərçəngin inkişafına səbəb ola biləcəyinə şübhə edib.
Publika.az xəbər verir ki, həkim bu barədə "Gazeta.ru"ya danışıb. Onun sözlərinə görə, hazırda koronavirusun belə bir xüsusiyyətini sübut edən böyük tədqiqatlar aparılmayıb. Həkim qeyd edib ki, kovid artıq ölümcül xəstəlik olmaqdan çıxıb. “Düşünürəm ki, biz artıq kütləvi immunitetə nail olmuşuq. Çox güman ki, koronavirus qrip kimi olacaq. Qrip xərçəngə səbəb ola bilərmi? Yəqin ki, yox”, - Kaprin bildirib. Mütəxəssisin sözlərinə görə, koronavirusdan sağalmış insanların xərçəngə tutulma ehtimalının digərlərinə nisbətən daha çox olduğuna dair heç bir sübut yoxdur.
Eyni zamanda, onkoloq epidemioloji vəziyyətlə əlaqədar tibbi müayinələrin müvəqqəti dayandırıldığı üçün koronavirus infeksiyasının onkoloji xəstəliklərlə bağlı vəziyyətə dolayı təsirini etiraf edib, lakin hazırda hər şeyin normala döndüyünü vurğulayıb.

Şərhlər