Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Əfsanə əməliyyat olundu
Əfsanə əməliyyat olundu

Amerikalı tennisçi Serena Uilyams boynundakı kistanı çıxarmaq üçün əməliyyat olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“May ayında boynumda şiş aşkarladım. Dərhal həkimə getdim və MRT çəkdim. Orada məlum oldu ki, boynumda kista var. Mənə dedilər ki, götürməyə məcbur deyiləm. Bunu istəmədim, amma qabarıq böyüməyə davam etdi.
Qreypfrut ölçüsündə idi və daha da pisləşə bilərdi. Ona görə də əməliyyat olunmaq qərarına gəldik. Xoşbəxtəm ki, hər şey yaxşı keçdi və mən sağlamam”, – deyə əfsanəvi qadın tennisçi bildirib.
43 yaşlı Uilyams tək və qadın cütlüklərində dördqat olimpiya çempionu olmaqla yanaşı, karyerasında “Qızıl dəbilqə”nin qalibidir. Ümumilikdə o, 38 Böyük Dəbilqə turnirinin qalibi olub.
2022-ci ilin sentyabrında amerikalı idmançı peşəkar karyerasında son görüşünü keçirib.

Şərhlər