Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə koronavirusla bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, sənətçi koronavirus infeksiyasının yayılmasının Allahın mesajı olduğunu bildirib:
"Allah öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bomboş. Təbiət bir az nəfəs almaq istəyir. Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər.
Əslində sonuncu cümləni yazmamalı idim. Amma anladım ki, qəlbiqara insanlar az deyil. Görün, səviyyəmiz hansı təbəqəyə enib ki, sözlərimi ölənlərə şamil etdiyimi düşünən beyinlər var.
Ümid edirəm ki, bu sınaq bəzi insanların ağlını başına toplayar. Dünyada ən bahalı istirahət mərkəzləri də boş qalıb. Allah mesaj yollayıb... Buradakı bəzi rəylərə baxın, ağzı olan danışır. Ölüm haqqdır. Onun bizi hara aparacağını heç kim bilmir".
Brilliant daha sonra açıq-saçıq geyimini qınayanları sərt tənqid edib:
"Lap çılpaq da gəzsəm, heç kimin həyatına, taleyinə təsiri olmaz. Amma siz sizə yaxından, uzaqdan əlaqəsi olmayan şeylərə burnunuzu soxub, qəlb sındırmayın. Böyük günahdır. Bu geyimdən bəhs edənlərin çoxlarının yaxınları bağlı geyimdə qudası ilə qoşulub qaçanlar, öz ərinin qohumları ilə sevişənlər və daha nələr-nələr edənlərdir... Geyimə, zövqə rişxənd edənlər əsasən cəmiyyətin ən aşağı pilləsində duranlar olur. Onların dünyagörüşü ən dar çərçivədədir".
reportyor.org
