Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Məşhur serial ulduzunun əri İNTİHAR ETDİ
Məşhur serial ulduzunun əri İNTİHAR ETDİ

“White Lotus” serialının ulduzu Aubrey Plazanın əri, rejissor və ssenarist Ceff Baena intihar edib.
Publika.az xəbər verir ki, 47 yaşlı rejissorun meyiti yanvarın 3-də səhər saatlarında Los-Ancelesdəki evlərdən birində tapılıb.
Baş verənlərin təfərrüatları açıqlanmır.
Baena Mayamidə doğulub böyüyüb. Daha sonra Nyu-York Universitetinin kino məktəbini bitirib, Los-Ancelesə köçüb.
O, “Sevgilin zombidirsə”, “Kovboy qız”, “Joshi”, “Kiçik saatlar” və s. filmlərin rejissoru olub.
Baena və Plaza 2021-ci ildən evlidirlər.
"Ailə vicdan əzabı çəkir və bu çətin dövrdə məxfilik tələb edir", - "Deadline" yaydığı məlumatda qeyd edilib.

Şərhlər