"Deyirlər ki, şou-biznes insanları məsuliyyətsiz, yalançı olurlar. Onlar üçün hər şeyin başında gündəm dayanır. Mənə kiminsə haqqına girilən, kiminsə əsəbini pozan, ailəsində onun nüfuzunu yerə vuran gündəm lazım deyil".
Publika.az xəbər verir ki, bunu müğənni Damla "Qapqara" adlı yutub layihəsində deyib. O, haqqında danışılanlara görə xeyli problem yaşadığını bildirib:
"Çünki o insanın övladı orta məktəbdə, uiversitetdə təhsil ala bilər. Evdəki valideyni ürək və ya şəkər xəstəsi ola bilər. Bu şeyləri özüm yaşamışam. Hər dəfə anamın təzyiqi qalxırdı. Oğlum deyirdi ki, artıq məktəbə getmirəm. Heç vaxt bu şeyləri başqalarına yaşadıb zövq ala bilmərəm. Amma adam var deyir ki, mən yaşamışam, qarşımdakı yaşasın. Mən həmişə özümü başqasının yerinə qoyuram. Hansısa bir söz xətrimə dəyir və özümə sual verirəm ki, bunu mənə niyə dedi? Bir anlıq yerimizi dəyişirəm və düşünürəm ki, mən də olsam, belə deyərdim".