Müğənni Üzeyir Mehdizadə onun oxuduğu mahnıları tənqid edənlərə səslənib.
Sənətçi ictimai nəqliyyatda dinlənilməyin onun üçün sevindirici hal olduğunu deyib:
Mehdizadə onu lağ edib, alçaltmağa çalışanlara bu sözlərə qarşılıq verib.
"Mənim maşınım olmayanda, avtobusda da mahnımı eşidirdim, dəbdəbəli restoranda da. Buna aşağı bir şey kimi baxırlar. Həmin avtobusda mən də gedirəm, sənin bibin, dayın da gedə bilər. Adamlar var ki, özünü hamıdan yüksək göstərmək istəyir. Deyirlər ki, filankəsin mahnılarına avtobusda qulaq asırlar. Təki mənim musiqimi orada dinləsinlər. Maşında 2 nəfər olursa, avtobusda azı iyirmi adam gedir. Taksidə qulaq assınlar.
Əsas odur ki, səsim gəlsin. Bəzi insanlara deyirəm ki, özünüzü yüksəltmək üçün qarşı tərəfi alçaltmayın. Nəticədə hamımız bir yerdən gəlmişik, bir yerə də gedəcəyik. Heç kim nə şəxsi təyyarəsini, avtobusa minən də nəqliyyat vastəsini özü ilə aparmayacaq".

Oxşar xəbərlər
- 18-09-2024, 04:34
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür...
- 15-06-2023, 14:47
15 yaşında evləndi, anasına və özünə villa aldı,...
- 28-08-2023, 08:52
15 yaşında evləndi, anasına və özünə villa aldı,...
- 11-04-2025, 10:03
Buna görə CƏRİMƏ edilə bilərsiniz - DETALLAR...
- 1-07-2024, 12:16
Son 30 ildə ictimai nəqliyyatda qiymətlər necə...
Şərhlər