Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Elza Seyidcahandan İLGİNC AÇIQLAMA: “Avroviziya”ya mən getsəm...
Elza Seyidcahandan İLGİNC AÇIQLAMA: “Avroviziya”ya mən getsəm...

Xəbər verdiyimiz kimi, Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsində birinci yarımfinalda mübarizəni dayandırıb. Bu il ölkəmizi təmsil edən “Mamagama” qrupu səhnədə maraqlı və fərqli performansla çıxış etsə də, təəssüf ki, finala adlaya bilmədi.
Mövzu ətrafında fikirlərini bölüşən Əməkdar artist Elza Seyidcahan təmsilçilərimizin səhnə çıxışını bəyənib:
“Təmsilçilərimizin performansı çox xoşuma gəldi. Xüsusən də səhnədə saz alətindən istifadə etmələri təqdirəlayiq idi. Bu, bizim milli ruhumuzu ifadə edən bir detal idi. Amma ümidləri qırılmasın – qarşıda onları uğurlu gələcək gözləyir”.
Elza Seyidcahan gələn il “Avroviziya” səhnəsinə özü çıxmaq istədiyini də açıqlayıb:
“Əgər gələn il mən getsəm, inşallah ki, Azərbaycan finala çıxar. Mən gedib birinci yeri necə lazımdır, alıb gələrəm!”

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti