Avroviziyada builki jürilərimiz onlar imiş
Tarix: 19-05-2025, 12:12
Baxılıb: 99
Google+ Paylaş
Tumblr Paylaş

Avroviziyada builki jürilərimiz onlar imiş

19-05-2025, 12:12

Avroviziya beynəlxalq mahnı müsabiqəsinin saytında iştirakçı ölkələrin münsiflər heyətinin tərkibi açıqlanıb.
Münsiflər heyətində aktyor-ssenarist Azər Aydəmir, TuralTuranX-in solisti Tural Bağmanov, Əməkdar artist Ramil Qasımov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru, bəstəkar Ülviyyə Bəbirli, Əməkdar incəsənət xadimi, rejissor Ülviyə Könül yer alıb.
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
Ümumilikdə 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparıb. Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub. Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.
Azərbaycan da 12 xalı İsrailə verib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ