Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » “Kurtlar vadisi”nin “Polat”ı TANINMAZ HALDA - FOTOLAR
“Kurtlar vadisi”nin “Polat”ı TANINMAZ HALDA - FOTOLAR

“Kurtlar vadisi” serialında “Polat Alemdar” rolu ilə məşhurlaşan aktyor Necati Şaşmaz sosial şəbəkədə etdiyi paylaşımla yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktyorun saçlarının ağarması və dəyişən tərzi pərəstişkarlarının diqqətini çəkib.

Onu yenidən ekranlarda görmək istəyən izləyicilər paylaşıma “Ekrana qayıt”, “Səni yenə televiziyada görmək istəyirik” kimi şərhlər yazıblar.

Şaşmaz keçmiş müsahibələrindən birində “Kurtlar vadisi”nin onun həyatında böyük rol oynadığını vurğulamışdı:

“397 bölüm oynadım, təxminən 20 ilimi bu layihəyə verdim. Çox dəyərli, amma bir o qədər də yorucu iş idi. Bir müddət ara vermək qərarı almışdıq. İndi serialın yenidən istənildiyini görürəm, nəsib olsa, olar”.

Muhammed Necati Şaşmaz 1971-ci ildə Elazığda dünyaya gəlib. Təhsilini Kanadada tamamlayıb və turizm sahəsində çalışıb. Təxminən 6 il ABŞ-də yaşadıqdan sonra Türkiyəyə qayıdıb. 2000-ci ildə rejissor Osman Sınavla tanışlığı isə onun həyatının dönüş nöqtəsi olub. Ssenarist komandası ilə görüşəcəyini düşünərək Sınavla görüşə gedən Şaşmaz gözlənilmədən aktyorluq təklifi alıb.

Musavat.com

Şərhlər