Dodağından öpüb, “bacımdır” dediyi Aynura evlilik təklif etdi
Tarix: 11-04-2022, 22:52
Baxılıb: 1 551
Google+ Paylaş
Tumblr Paylaş

Dodağından öpüb, “bacımdır” dediyi Aynura evlilik təklif etdi

11-04-2022, 22:52


Müğənni Niyam Salami bu dəfə duet ortağı Aynur Dadaşovanı sevdiyini açıqlayıb. Reportyor.org axşam.az-a istinadla xəbər verir ki, sənətçi verilişlərin birində bildirib ki, həmkarı ilə evlənmək niyyətindədir:
“Onsuz da hamı bilir ki, Aynurun xətrini çox istəyirəm, onu sevirəm. Həqiqətən, istəyərəm ki, Aynur kimi xanım həyatımda olsun. Niyə də olmasın? Onun qoxusundan bir dənədir. Müğənni xanımı daşımaq elə-belə adamın işi deyil. Onun gör bir dişinin qiyməti neçəyədir? Onun geyimini, hər şeyini mən etməliyəm. Ona elə bir gəlinlik seçməliyəm ki, dünyada bir dənədir. Aynurun dodağından heç kim öpə bilməz. Mən onun evinə girmişəm. Ev məscidlə eynidir. İlk dəfə Aynurun əlindən Quran aldıqdan sonra gəlib evdə namaz qılmışam. İlk əvvəl Aynuru telefondan, “Instagram”dan uzaqlaşdıracam, “WhatsApp” olmaz”.

“Niyam bunu hər zaman deyir. Əvvəldən narazı olduğu məqamları da açıqlayıb. Niyam nə deyir, odur”, - deyə Dadaşova cavab verib.

Xatırladaq ki, açıqlamalarının birində Niyam Salami Aynur Dadaşova haqda: “Bu yaxınlarda səhnədə öpdüm, əcəb etdim. Qızımdır, bacımdır, əzizimdir. Ailəsi var”, - demişdi.

Bundan əvvəl isə N.Salami müğənni Səidə Sultana da evlilik təklifi etmiş, onu sevdiyini demişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ