Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Sahibə Qafarova: “200 il ərzində torpaq itkilərinə son qoyulub”
Sahibə Qafarova: “200 il ərzində torpaq itkilərinə son qoyulub”

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Spiker Sahibə Qafarova giriş nitqində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü barədə danışıb:

“Dünən ölkəmizdə azərbaycanlıların soyqırımı günü qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olan 10 minlərlə insanın xatirəsi ehtiramla yad edilib”.

Spiker ardınca deyib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilib:

“Etnik təmizləmələr, soyqırımı silsilələrinə, 200 il ərzində torpaq itkilərinə son qoyulub. Bu, xalqımızın bir daha soyqırımına məruz qalması üçün bu, ən yaxşı təminatdır"./Musavat.com/

Şərhlər