Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Almaniya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
Almaniya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib./Musavat.com/

Şərhlər