Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Prezidentə təbriklər gəlməkdə davam edir
Prezidentə təbriklər gəlməkdə davam edir

Tunis Respublikasının Prezidenti Kays Sayid Prezident İlham Əliyevi təbrik edib.

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına firavanlıq bəxş etməsi üçün Uca Allaha dua edirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın rifahı və mənafeyi naminə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətimizi davam etdirməkdə qəti qərarlı olduğumu Zati-alinizə bir daha bildirməkdən məmnunam.

Ulu Tanrı bizə və bütün İslam ümmətinə xeyir-bərəkət, firavanlıq nəsib etsin!"
***
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Zati-aliləri.

Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.

Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.

Bayramınız mübarək!"

Şərhlər