Avropa Parlamentinin oktyabrın 5-də başlayacaq plenar iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.
Publika.az TASS-a istinadla xəbər verir ki, oktyabrın 7-də avropalı deputatlar Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelli Ermənistan və Azərbaycan arasındakı münaqişənin bərpasını müzakirə etmək üçün görüşə dəvət edəcəklər.