Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Dövlət Departamentinin əməkdaşlara GİZLİ TELEQRAMI ortaya çıxdı
Dövlət Departamentinin əməkdaşlara GİZLİ TELEQRAMI ortaya çıxdı

ABŞ Dövlət Departamentinin divarları arasında əsl qalmaqal alovlanır. Belə ki, qurumda faktiki olaraq "cadugər ovu" elan edilib. İşçilər, əgər həmkarları "antixristian meyillər" göstərirlərsə, onlar haqqında anonim şəkildə məlumat verməyə çağırılırlar.
Bu barədə "Politico" nəşri Dövlət Departamentinin əməkdaşlarına göndərilən teleqrama istinadən xəbər verib.
Teleqramın mətninə görə, Departament əməkdaşların anonim hesabatları vasitəsilə antixristian meyillərin nümunələrini toplayacaq.
Eyni zamanda, işçilərdən təfərrüat - "antixristian hadisəsinin" baş verdiyi dəqiq vaxtı, tarixi, yeri və bu işi görənin adını bildirmək xahiş olunur.
Qeyd olunur ki, bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın ölkə hökumətində "qanunsuz antixristian təcrübələrinin" aradan qaldırılması haqqında fərmanının birbaşa nəticəsidir. Fərmanın tənqidçiləri iddia edirlər ki, bu cür tədbirlər faktiki olaraq dövlət strukturlarında dini ayrı-seçkilik yaradır ki, bu da ABŞ Konstitusiyasına birbaşa ziddir.(oxu.az)

Şərhlər