Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər
Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Bu yaxınlarda Antalyada keçirilən forumda (11-13 aprel tarixlərində keçirilən 4-cü Antalya Diplomatik Forumu – red.) dünyada hökm sürən yalançı, ikiüzlü siyasəti, ikili standartları rədd edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin parlaq çıxışı açıq-aydın seçildi.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında qeyd edib.
“Prezident (Əliyev) başqalarının düşündüyünü, lakin yüksək səslə deməkdən çəkindiyini dilə gətirdi və hər şeyi öz adı ilə çağırdı.
O, Rusiyanın Ukraynaya təcavüzü faktlarını dəqiq şəkildə göstərdi və mövcud vəziyyətdən çıxış yolu təklif etdi. Öz çıxışı ilə bir daha təsdiqlədi ki, o, təkcə regionun lideri deyil, həm də dövlətlər üçün yeni davranış prinsipinin yaradıcısıdır – şəxsi ləyaqət hissi ilə”, - Saakaşvili yazıb.

Şərhlər