Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Naxçıvanda içməli su təminatı ilə bağlı SƏRƏNCAM
Naxçıvanda içməli su təminatı ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri dəyişdirilib. Əsas icraçı qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurum isə Naxçıvanın Nazirlər Kabineti müəyyən edilib.

Şərhlər