Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin olunmasına baxacaq
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin olunmasına baxacaq

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxılıb və məsələ plenar iclasa tövsiyə edilib.
Ötən gün Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.
Qeyd edək ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək və çox güman ki, Baş prokurorun namizədliyinə baxılacaq. Adətən, parlamentin plenar iclasları iki və ta beşinci günləri keçirilirdi, bu dəfə fərqli gün seçilib.
Məlumata görə, artıq gündəliyə dəyişiklik edilib.
Xatırladaq ki, Ədliyyə general-polkovniki Kamran Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi.

Şərhlər